AZ

Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - SİYAHI

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artaraq 17 milyard 394,8 milyon manat olub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə  Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

    Məlumata görə, cari ilin I yarımilində ən yüksək pərakəndə ticarət dövriyyəsi Nəsimi rayonunda qeydə alınıb. Bu dövrdə Nəsimidə 2 milyard 794.1 milyon manatlıq məhsul satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.7% çoxdur.

    Bu siyahıda ikinci yerdə Nizami rayonu gəlir. Belə ki, Nizamidə pərakəndə ticarət dövriyyəsi 1 milyard 995.2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.4% çoxdur.

    Üçüncü yerdə isə Xətai rayonu dayanır. Cari ilin yanvar-iyul aylarında Xətai rayonunda pərakəndə ticarət dövriyyəsinin həcmi 1 milyard 929.7 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 4.9% çoxdur.

    Pərakəndə ticarət dövriyyələrinin ən yüksək artım faizi Pirallahı (161% artım) və Nəsimi ( 10.7% artım) rayonlarında, azalma faizi isə Sabunçu ( 0.1% azalma) rayonunda qeydə alınıb.

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 9 milyard 609,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 11,9 faiz artaraq 7 milyard 785,4 milyon manata bərabər olub.

    Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə pərakəndə ticarət dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb azalma faizləri verilib.

       
    Bakının rayonlarıTicarət dövriyyəsi, min manatlaƏvvəlki dövrlə müqayisədə (Faizlə)
    Nəsimi2794109,510,7% artıb
    Nizami1995184,73,4% artıb
    Xətai19296954,9% artıb
    Qaradağ1849457,33,2% artıb
    Nərimanov1780412,36,9% artıb
    Sabunçu1728217,10,1% azalıb
    Yasamal1439242,12,4% artıb
    Səbail1357370,22% artıb
    Binəqədi1323946,92,1% artıb
    Suraxanı708248,60,1% artıb
    Xəzər466939,59,3% artıb
    Pirallahı21956,1161% artıb

     

    Seçilən
    22
    5
    bakivaxti.az

    7Mənbələr