AZ

Quba-Xınalıq yolunda DƏHŞƏTLİ QƏZA – Yaralananlar var –ÖZƏL/VİDEO

Quba-Alpan-Susay-Xınalıq yolunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba rayonunun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.

Hadisə yerinə FHN xilasedicilər cəlb olunub.

Bizim.Media-nın  FHN-nin Şimal Regional Mərkəzindən əldə etdiyi məlumata görə qəzada ölən şəxsin olması tam dəqiq deyil. Hündür yoldan avtomobili ilə qəza törətdiyini rəsmi quruma zəng edərək bildirən şəxs uçurumda olduğunu deyib və kömək istəyib. 

Hazırda Quba Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi hadisə yerindədir. 

Əldə olunan məlumata görə, qəzaya düşən şəxslər Bakıdan Qrız kəndinə kino çəkmək üçün gedirmiş.

Qəza törədən sürücünün və sərnişinin kimliyi hələ məlum deyil.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
46
1
bizim.media

5Mənbələr