AZ

Azərbaycanda dəhşətli qəza: ölən və yaralananlar var/ YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Quba rayonu, Qalayxudat kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobili dərəyə aşıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan şəxs 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

TƏBİB-dən bildirilib ki, avqsutun 27-də, saat 14:00 radələrində Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Quba-Alpan-Susay-Xınalıq yolunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.

News24.az bizim.media-ya istinadla xəbər verir ki, Quba rayonunun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir. Hadisə yerinə FHN xilasedicilər cəlb olunub.

Hündür yoldan avtomobili ilə qəza törətdiyini rəsmi quruma zəng edərək bildirən şəxs uçurumda olduğunu deyib və kömək istəyib. Hazırda Quba Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi hadisə yerindədir. 

Qəza törədən sürücünün və sərnişinin kimliyi hələ məlum deyil. Qəzada ölən və yaralanan şəxslərin kimliyi də bəlli olub.

Ölən şəxs Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur. Qəzada yaralanan 48 yaşlı Bakı sakini Ramil Bayram oğlu İbrahimzadə isə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ona tibbi yardım edilir.

Qeyd edək ki, Quba-Xınalıq yolunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.

Qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən onun sıxılmış vəziyyətdə olan meyiti avtomobildən çıxarılaraq müvafiq orqanlara təhvil verilib

Qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub.

Seçilən
74
1
news24.az

5Mənbələr