Avtomobil satışında lider olan ölkənin adı açıqlanıb.
Far.Az GlobalData-ya istinadən xəbər verir ki, iyul ayında dünyada 7,4 milyon minik və yüngül kommersiya avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Yanvar-iyul aylarında ümumi satış 51,8 milyon ədəd təşkil edib, artım isə 4,8% olub.
Çin iyulda 1,96 milyon avtomobil satışı ilə liderliyini saxlayıb (illik artım 9,2%). ABŞ-da 1,39 milyon (artım 8,6%) avtomobil satılıb. Qərbi Avropada satışlar 3,6%, Şərqi Avropada isə 3,7% artıb.
Mütəxəssislər bildirir ki, Çinin nadir torpaq metalları ixracına nəzarəti sərtləşdirməsi dünya avtomobil bazarında problemlər yarada bilər.