AZ

Avtomobil satışında lider olan ölkələr

Avtomobil satışında lider olan ölkənin adı açıqlanıb.

İyul ayında dünyada 7,4 milyon minik və yüngül kommersiya avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur. Yanvar-iyul aylarında ümumi satış 51,8 milyon ədəd təşkil edib, artım isə 4,8% olub.

Çin iyulda 1,96 milyon avtomobil satışı ilə liderliyini saxlayıb (illik artım 9,2%). ABŞ-də 1,39 milyon (artım 8,6%) avtomobil satılıb. Qərbi Avropada satışlar 3,6%, Şərqi Avropada isə 3,7% artıb.

Mütəxəssislər bildirir ki, Çinin nadir torpaq metalları ixracına nəzarəti sərtləşdirməsi dünya avtomobil bazarında problemlər yarada bilər.

MənbəBAKU.WS
Seçilən
0
3
banker.az

4Mənbələr