Sülh sazişinin imzalanması üçün iki əsas şərt var idi: ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi. Bunlardan biri artıq baş verdi.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Minsk qrupunun ləğvi ilə bağlı hər iki ölkənin XİN rəhbəırləri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlandı:
"Sentyabrın 1-də isə yekun qərarın verilməsi gözlənilir".