Sentyabrın 1-də Minsk qrupunun ləğvi ilə bağlı yekun qərar gözlənilir...
Poliqon xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qoşulmama Hərəkatının (QH) Gənclər Təşkilatının üzvləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənistanla sülh sazişinin imzalanması üçün iki əsas şərt var idi:
Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvi, digəri isə Ermənistan konstitusiyasına dəyişikliklər edilməsidir. Bunlardan biri həyata keçdi. Artıq Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycan və Ermənistanın XİN başçıları tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlanıb. Sentyabrın 1-də isə yekun qərarın verilməsi gözlənilir".
Poliqon.info