AZ

Sabah üç rayonun kəndlərində qaz kəsiləcək

Sabah Zaqatala, Ağdaş və Şəkinin bəzi ərazilərində qaz olmayacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksək təzyiqli qaz kəmərinin yerüstü cəkilmiş hissəsinin yeraltına salınması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli və Lahıc kəndlərində cəmi 5100 abonentin qaz təchizatı dayandırılacaq.

Qurumdan bildirilib ki, Ağdaş rayonunun Dəhnəxəlil QPS-dən qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə sabah saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyancay qəsəbəsində cəmi 69 abonentin qaz təchizatı daxildən dayandırılacaq.

Eyni zamanda Şəki rayonu Qırxbulaq kəndi ərazisində d-159 mm-lik qaz xəttinin üzərinə "ölcü qovşaqları" nın quraşdırılması məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Şəki rayonu Vərəzət, Qırxbulaq, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Bideyiz, Baş Küngüt, Aşağı Küngüt kəndlərində cəmi 2081 abonentin qaz təchizatı dayandırılacaq.


Seçilən
7
36
sherg.az

10Mənbələr