AZ

Sabah üç rayonda qaz olmayacaq

Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Gundem.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyadan (QPS) qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyancay qəsəbəsində cəmi 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksək təzyiqli qaz kəmərinin yerüstü cəkilmiş hissəsinin yeraltına salınacaq. Bu səbəbdən sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli və Lahıc kəndlərində cəmi 5 100 abonentin qaz təchizatının Əliabad QPS-dən dayandırılması planlaşdırılır.

Həmçinin, Şəki rayonu Qırxbulaq kəndi ərazisində d-159 mm-lik qaz xəttinin üzərinə "ölcü qovşaqları" quraşdırılacaq. Bu məqsədlə saat 09:30-dan işlər yekunlaşanadək Şəki rayonu Vərəzət, Qırxbulaq, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Bideyiz, Baş Küngüt, Aşağı Küngüt kəndlərində cəmi 2 081 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Seçilən
17
36
gundem.az

10Mənbələr