Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunun aşması nəticəsində azı 25 nəfər ölüb.
Avtosfer.az "Abcnews"a istinadən xəbər verir ki, məlumatı "Taliban" hökumətinin daxili işlər nazirliyinin sözçüsü Əbdül Mətin Qaniyə də təsdiq edib.
O, insident nəticəsində 27 nəfərin xəsarət aldığını bildirib.
Qeyd olunur ki, qəzaya uğrayan avtobus Əfqanıstanın cənubu - Hilmənd və Qəndəhardan olan sərnişinləri paytaxta gətirirmiş.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.