AZ

Əfqanıstanın paytaxtında sərnişin avtobusu qəzaya düşdü

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunun aşması nəticəsində azı 25 nəfər ölüb.

Avtosfer.az "Abcnews"a istinadən xəbər verir ki, məlumatı "Taliban" hökumətinin daxili işlər nazirliyinin sözçüsü Əbdül Mətin Qaniyə də təsdiq edib.

O, insident nəticəsində 27 nəfərin xəsarət aldığını bildirib.

Qeyd olunur ki, qəzaya uğrayan avtobus Əfqanıstanın cənubu - Hilmənd və Qəndəhardan olan sərnişinləri paytaxta gətirirmiş.

Seçilən
19
2
avtosfer.az

3Mənbələr