AZ

İsrail ordusu Dəməşq yaxınlığına desant qüvvələri göndərib

İsrail ordusunun desant qüvvələri Dəməşqin qərbindəki əl-Kisvəh bölgəsinə eniş edib.

APA xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Məlumata görə, enişin məqsədləri və onun nəticələri hələ də məlum deyil.

Telekanal Suriya hərbçilərinin daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarladığını vurğulayıb.

Qısa müddət sonra isə İsrail əl-Kisvəh bölgəsinə hava zərbəsi endirib.
Seçilən
3
3
sherg.az

4Mənbələr