AZ

İsrail Dəməşq yaxınlığına desant qüvvələri göndərib

İsrail ordusunun desant qüvvələri Dəməşqin qərbindəki əl-Kisvəh bölgəsinə eniş edib.

Heftelik.az xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Desant qüvvələrinin göndərilməsinin məqsədləri və onun nəticələri hələ də məlum deyil.

Telekanal Suriya hərbçilərinin daha əvvəl bölgədə mənşəyi məlum olmayan dinləmə cihazları və müşahidə kameraları aşkarladığını vurğulayıb.

Qısa müddət sonra isə İsrail əl-Kisvəh bölgəsinə hava zərbəsi endirib.

Seçilən
3
3
heftelik.az

4Mənbələr