AZ

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinə

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında cavab oyunu keçirilib.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdam təmsilçisinin heyətində Leandro Andrade ilə Abdullah Zubir, rəqibdə isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot fərqləniblər. 

 

İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

 

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.

Seçilən
7
4
senzor.az

10Mənbələr