AZ

Klub prezidenti başından güllələndi - Türkiyədə + FOTO

Türkiyədə ötən gecə klub prezidenti başından güllələnib

Mia.az Türkiyə mətbuatına istinadla xəbər evrir ki, hadisə İstanbulda baş verib.

Hadisənin şahidi olan Bəkir Kaya deyib ki, gənc bir adam heçnə demədən klub prezidentinə yaxınlaşaraq oturduğu yerdə onun başına atəş edib: "Dostlarımla kafedə oturmuşdum. Ayağa qalxdım ki, tualetə getdim. O an orta yaşlı bir oğlan Meriçi başından vurdu, heç bir söz demədən... Hadisədən sonra hamı çölə qaçdı, mən isə yerə yatdım..."

Məlumatda deyilir ki, Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç ağır yaralanıb: "O, xəstəxanadadır, həyatına ciddi təhlükə var".

Firudin Səfərli
MİA.AZ

Seçilən
168
50
mia.az

10Mənbələr