AZ

Qonşusuna zarafat etmək istəyən oğlan GÜLLƏLƏNDİ

ABŞ-ın Texas ştatında 10 yaşlı oğlan qonşusuna zarafat etmək istəyərkən ağır güllə yarası alıb.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" kanalı yerli polisə istinala məlumat yayıb.

Telekanalın məlumatına görə, oğlan və onun dostları "Door Kicking Challenge" oyununa oxşar oyun planlaşdırırıblar. Bu zarafat qrupun bir qapını təpikləyərək döydükdən sonra qaçdığını əks etdirən videonu çəkməyi əhatə edirdi.

"Dostları ilə oyunda iştirak edən yaralı uşağa Hyuston Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerində tibbi yardım göstərib, daha sonra yaxınlıqdakı xəstəxanaya aparılıb. Bazar günü günorta onun vəziyyətinin ağır olduğu bildirilir", - məlumatda deyilir.

Polis hadisə yerində bir nəfərin saxlanılaraq dindirildiyini qeyd edib.

Seçilən
130
50
publika.az

10Mənbələr