AZ

"Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi" - Abdullah Zubir

style='margin-bottom:10px;'>

“Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Abdullah Zubir UFEA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la (Nacarıstan) Bakıda keçirilən cavab matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi  iki oyunun nəticəsinə görə (3:1, 2:3) Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmələrini şərh edib. O, vurduğu qoldan sonra sevincini baş məşqçisi  Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb: "Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını biliriəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir".

A.Zubir "Liqa mərhələsində hansı rəqibləri arzulayırısnız" sualını belə cavablandırıb: "İndi bu qələbənin dadını çıxarmaq lazımdır. Çempionlar Liqasında olna bütün komandalar güclüdür.  Ümid edirəm ki, püşkatma da yaxşı olacaq”.

Seçilən
1
2
teleqraf.com

4Mənbələr