AZ

“Qurbanov bundan da artığına layiqdir” - VİDEO

“Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la cavab matçından sonra “CBC Sport”a açıqlamasında deyib.

Fransalı yarımmüdafiəçi vurduğu qoldan sonra sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb: “Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını bilirəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir. Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu”.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

4Mənbələr