AZ

“Qarabağ”ın potensial rəqibləri - Bu gün püşkatmadır

style='margin-bottom:10px;'>

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək

QOL.az xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbərdədir.

Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.

Hər səbətdən iki komanda digər səbətlərdən iki komandaya rəqib olacaq. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.

Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.

Səbətlərin tərkibi

1-ci səbət

PSJ
Real
Mançester Siti
Bavariya
Liverpul
İnter
Çelsi
Borussiya Dortmund
Barselona

2-c səbət 

Arsenal
Bayer
Atletiko
Benfika
Atalanta
Villarreal
Yuventus
Ayntraxt Frankfurt
Brügge

3-cü səbət 

Tottenhem
PSV
Ayaks
Napoli
Sportinq Lissabon
Olimpiakos
Slaviya Praqa
Budo-Qlimt
Marsel

4-cü səbət

Kopenhagen
Monako
Qalatasaray
Union
Qarabağ
Atletik
Nyukasl
Pafos
Kayrat

Seçilən
13
6
teleqraf.com

7Mənbələr