AZ

“Qarabağ”ın potensial rəqibləri - bu gün püşkatmadı!

Bu gün Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Monakoda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

Püşkatma mərasimində Azərbaycanı yarışda təmsil edəcək “Qarabağ”ın da 8 rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi oyunlardan 4-nü evdə, 4-nü səfərdə keçirəcək. Mərasimdə “Qarabağ” klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.

Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədi.

Püşkatma zamanı əvvəlcə 1-ci səbətdən bir top çıxarılacaq. Daha sonra ötən il də istifadə olunmuş avtomatlaşdırılmış proqram həmin klub üçün təsadüfi qaydada səkkiz rəqib seçəcək. Eyni prosedur bütün komandalar üçün təkrarlanacaq və nəticədə bütün cütlüklər müəyyən ediləcək.

Hər səbətdən iki komanda digər səbətlərdən iki komandaya rəqib olacaq. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.

Əsas mərhələdə eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.

Səbətlərin tərkibi

1-ci səbət
PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)

2-c səbət
Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)

3-cü səbət
Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa

4-cü səbət
Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Cənubi Kipr)
Kayrat (Qazaxıstan)

Seçilən
12
6
football-plus.az

7Mənbələr