AZ

Fransa səfirinin xidmət müddəti bitib

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizdəki səfiri Ann Buayon ilə Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb. Azərbaycan–Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.

Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar bir dönəmdə Fransanın Azərbaycanda səfiri qismində fəaliyyət göstərdiyini bildirib. O, ölkəmizdə diplomatik fəaliyyətini yekunlaşdıran səfirə bundan sonrakı fəaliyyətində uğurlar arzu edib. XİN rəhbəri Azərbaycan–Fransa münasibətlərində mövcud çətinliklər və çağırışlara baxmayaraq, dialoq kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb.

Nazir qarşı tərəfi regional sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar, o cümlədən tarixi Vaşinqton görüşünün nəticələri və təfərrüatları barədə məlumatlandırıb. O, ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu və Vaşinqton görüşünün də bunu sübut etdiyini diqqətə çatdırıb.

Səfir Ann Buayon ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən dəstək və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.

XQ

Seçilən
7
24
xalqqazeti.az

10Mənbələr