AZ

Ağdamda ata-ananın ölümcül hala saldıqları körpə KOMADADIR

Xəbər verildiyi kimi Ağdamda valideynlər iki azyaşlı körpəsini döyərək ölümcül hala salıblar. Hər iki valideyn körpənin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Uşaqlardan biri, 2023-cü il təvəllüdlü körpə ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasındadır və vəziyyəti ağırdır.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında valideynləri tərəfindən ağır işgəncələrə məruz qalan azyaşlılarla bağlı qiymətləndirmə aparılması prosesindən gileylənib:

“İki azyaşlının dəfələrlə valideynləri tərəfindən fiziki şiddətə məruz qalmasından söhbət gedir. İş ondadır ki, uşağın birinin vəziyyəti olduqca ağırdır. Nəsimi rayon Məhkəməsinin qərarı ilə uşaq anaya qaytarılıb. Amma bu uşaqların qiymətləndirilməsi necə aparılıb? Bunu edən qurumlar hara baxırlar? Uşağın biri komadadır”, - deyə Kəmalə Ağazadə qeyd edib.

Qeyd edək ki, körpələrin hər iki valideyninin əqli qüsurlu olduğu deyilir.

Məlumata görə azyaşlılar dəfələrlə valideynləri tərəfindən fiziki şiddətə məruz qalıb. Hətta körpələrdən birinin fiziki zorakılığa məruz qalması ilə əlaqədar ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə və himayədar ailə" altsisteminə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən müraciət daxil olub.

Həmin müraciət əsasında uşaq Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı ilə 1 nömrəli Körpələr evinə yerləşdirilib. Daha sonra körpənin anası Sevinc Rəhimova uşağı himayəsinə qaytarmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 11.06.2025-ci il tarixli qətnaməsində azyaşlının anasının himayəsinə verilməsinə qərar verib və uşaq anasının himayəsinə qaytarılıb.

Alçina Amilqızı, Bizim.Media

Seçilən
30
33
bizim.media

10Mənbələr