AZ

Rusiya qorxmur, öldürməyə davam edir Zelenski

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya müharibəni bitirməkdənsə, öldürməyə davam etməyi seçir. Bu isə o deməkdir ki, Rusiya hələ də bunun nəticələrindən qorxmur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz Çin və Macarıstandan reaksiya gözləyirik. Çin dəfələrlə atəşkəsə çağırıb. Amma bu, baş vermir, çünki Rusiya müharibəni dayandırmaq istəmir”, - Zelenski bildirib.

Zelenski Rusiyanın zərbələri zamanı Kiyevdə ən az 8 nəfərin öldüyünü və aralarında uşaqların da olduğunu qeyd edib. O əlavə edib ki, uşaqların ölümü hər şeydən çox reaksiyaya səbəb olmalıdır.

Qeyd edək ki, Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 10 nəfər ölüb, 48 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
5
axar.az

7Mənbələr