Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Biz Çin və Macarıstandan reaksiya gözləyirik. Çin dəfələrlə atəşkəsə çağırıb. Amma bu, baş vermir, çünki Rusiya müharibəni dayandırmaq istəmir”, - Zelenski bildirib.
Zelenski Rusiyanın zərbələri zamanı Kiyevdə ən az 8 nəfərin öldüyünü və aralarında uşaqların da olduğunu qeyd edib. O əlavə edib ki, uşaqların ölümü hər şeydən çox reaksiyaya səbəb olmalıdır.
Xatırladaq ki, Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində ən azı 10 nəfər ölüb, 48 nəfər yaralanıb.