AZ

Qarabağ la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik Süleyman Əhmədov

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Premyer Liqanın ilk turunda "Qəbələ" ilə bərabərliyə razılaşan (1:1), ardından "Kəpəz"i məğlub edən (3:2) "Karvan-Yevlax" növbəti çempionat qarşılaşmasını "Qarabağ"a qarşı keçirəcək. "Ağ-qaralar"ın müdafiəçisi Süleyman Əhmədovla əlaqə saxlayıb həm Gəncə təmsilçisi üzərində qələbə barədə fikirlərini soruşduq, həm də artıq Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn "köhlən atlar"la dueldən gözləntilərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Kəpəz" üzərində qələbə bizim üçün çox vacib idi. Hər oyunda xal və xallar qazanmağa çalışacığıq. Çempionat yeni başlayıb, Premyer Liqa uzun marafondur. İndidən mümkün qədər çox xal toplamaq barədə düşünməliyik.

Növbəti görüşümüz "Qarabağ"la olacaq. Bizi böyük komandaya qarşı çətin oyun gözləyir. Bu oyuna yaxşı hazırlaşıb istəkli, ürəkli mübarizə aparmağı hədəfləmuşik. "Qarabağ"la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
fanat.az

3Mənbələr