AZ

"Karvan-Yevlax"ın müdafiəçisi "Qarabağ"la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik"

Premyer Liqanın ilk turunda "Qəbələ" ilə bərabərliyə razılaşan (1:1), ardından "Kəpəz"i məğlub edən (3:2) "Karvan-Yevlax" növbəti çempionat qarşılaşmasını "Qarabağ"a qarşı keçirəcək.

İdman.biz xəbər verir ki, "ağ-qaralar"ın müdafiəçisi Süleyman Əhmədov oyunla bağlı Fanat.az-a açıqlama verib.

O, əvvəlcə Gəncə təmsilçisi üzərində qələbələri barədə söz açıb: "Kəpəz" üzərində qələbə bizim üçün çox vacib idi. Hər oyunda xal və xallar qazanmağa çalışacığıq. Çempionat yeni başlayıb, Premyer Liqa uzun marafondur. İndidən mümkün qədər çox xal toplamaq barədə düşünməliyik".

Əhmədov Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn Ağdam təmsilçisi ilə dueldən gözləntilərini də bölüşüb: "Növbəti görüşümüz "Qarabağ"la olacaq. Bizi böyük komandaya qarşı çətin oyun gözləyir. Bu oyuna yaxşı hazırlaşıb istəkli, ürəkli mübarizə aparmağı hədəfləmişik. "Qarabağ"la matçda əlimizdən gələnin ən yaxşısını edəcəyik".

İdman.biz

Seçilən
6
2
idman.biz

3Mənbələr