AzVision.az AZSTAND-a istinadən xəbər verir ki, bunlar, AZS ITU-T L.1330:2025 – "Telekommunikasiya şəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri", o cümlədən AZS ITU-T G 827:2025 "Beynəlxalq başdan sona sabit bit sürətinə malik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri" dövlət standartlarıdır.
Bu standartlar mobil və stasionar şəbəkələrdə avadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması, müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürmə xətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlət standartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakını səmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitə mənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.
Yeni dövlət standartlarını "İnformasiya-kommunikasiya texnologiyaları" sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK 05) Texniki Komitə konsensus əsasında qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta