AZ

Azərbaycanda telekommunikasiya sahəsində yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZSITU-T L.1330:2025 – “Telekommunikasiya şəbəkələri üçün enerjisəmərəliliyinin ölçülməsi və göstəriciləri”, o cümlədən, AZS ITU-TG 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinə malikrəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri və tələbləri”yeni dövlət standartları qəbul edilib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, bu standartlar mobil və stasionar şəbəkələrdəavadanlıqların enerji istehlak göstəricilərinin müəyyən olunması,müqayisəsi, optimallaşdırılması üçün texniki əsas və ötürməxətlərinin parametrlərini təmin edir. Beləliklə, sözügedən dövlətstandartlarının tətbiqi rabitə operatorlarına enerji istehlakınısəmərəli idarə etmək, istismar xərclərini azaltmaq, ətraf mühitəmənfi təsirləri minimuma endirmək imkanı yaradacaq.

Yeni dövlət standartları “İnformasiya-kommunikasiyatexnologiyaları” sahələrinin standartlaşdırılması üzrə (AZSTAND/TK05) Texniki Komitə tərəfindən konsensus əsasında qəbul edilərəkStandartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxiledilib.

Qeyd edilib ki, AZS ITU-T L.1330:2025 – “Telekommunikasiyaşəbəkələri üçün enerji səmərəliliyinin ölçülməsi və göstəriciləri”və AZS ITU-T G 827:2025 “Beynəlxalq başdan sona sabit bit sürətinəmalik rəqəmsal ötürmə xətlərinin səmərəlilik parametrləri vətələbləri” yeni dövlət standartları Beynəlxalq Telekommunikasiyaİttifaqının (ITU) tövsiyələri əsasında hazırlanıb.

Seçilən
10
18
az.trend.az

10Mənbələr