AZ

Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir - ŞƏRH

Bakı. Trend:

Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimiziniqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovbildirib.

Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarixkeçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu vəgələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimişəffaf və birmənalı mövqe ortaya qoyub:

“Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyətoxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi.Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlikdönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldəedilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionunmaraq və mənafeyinə uyğundur.

Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları dadəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətənmüharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb vəöz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanıniqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi,beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası daPrezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.

Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzurdəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqlaqarşılandığını qeyd edib:

“Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlıməsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı.Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqətçəkdi.

Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən dəişğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə,problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətənmüharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minskqrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvitarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında özəksini tapıb.

Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçünəhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər dəcəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlhamƏliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki,Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıyaqoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyniqətiyyətlə davam edəcək”.

Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri iləbağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarınıifadə etdiyini bildirib:

“Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindəAzərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcudgərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulmasıilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyinolmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq,2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulanrus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvataddımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həminvaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotlarınailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısıbildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq vəehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki,Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heçvaxt da belə bir istəyi olmayıb.

Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalınamüsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətiniaydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinəçatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvərdövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nailolmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan buyolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvərqüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”.

Məqalədə:
Seçilən
20
5
az.trend.az

6Mənbələr