AZ

STAR neft emalı zavodu iyunda neft idxalını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan və Türkiyədə yerləşən STAR Neft Emalı Zavodu 2025-ci ilin iyun ayında 891 976 ton xam neft idxal edib. Bu göstərici 2024-cü ilin iyun ayı ilə (973 110 ton) müqayisədə 29 623 ton və ya 3,4 faiz artım deməkdir.

Bu barədə Day.Az Türkiyənin Enerji Bazarlarını Tənzimləmə İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə zavod təxminən 527 978 ton dizel yanacağı istehsal edib.

İstehsalat, həmçinin, 178 721 ton aviasiya yanacağı, 133 963 ton nafta və 58 583 ton neft koksu istehsalını əhatə edib. Bundan əlavə, zavodda 28 529 ton mayeləşdirilmiş neft qazı (LPG) və 26 502 tona yaxın yüksək kükürdlü dizel yanacağı da istehsal olunub.

Onu da qeyd edək ki, "STAR" Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimya sənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatının real sektorunda ən böyük investisiya layihəsidir.

2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü 13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağı daxil olmaqla, müxtəlif neft məhsulları istehsal edir. Zavodun illik nafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksinin xammal tələbatını tam şəkildə qarşılayır.

Seçilən
19
4
day.az

3Mənbələr