Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus , Türkiyədəyerləşən STAR neft emalı zavodu 2025-ci ilin iyun ayında aviasiyayanacağının istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə Trend Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsiİdarəsinə (EPDK) istinadla xəbər verir.
Dərc olunmuş informasiyaya əsasən, cari ilin iyun ayında zavodda178 720 ton aviayanacaq istehsal olub ki, bu ötən ilin anolojidövründəki istehsal həcmi ilə müqayisədə 66 178 ton və ya 58,8%çoxdur..
Qeyd edək ki, “STAR” Neft Emalı Zavodu 2018-ci il oktyabrın19-da fəaliyyətə başlayıb. Zavod neft emalı ilə neft-kimyasənayesinin inteqrasiyasını təmin edir və Türkiyə iqtisadiyyatınınreal sektorunda ən böyük investisiya layihəsidir.
2024-cü ilin sonundan etibarən zavodun illik xam neft emalı gücü13 milyon tona çatıb. STAR zavodu dizel, nafta və aviasiya yanacağıdaxil olmaqla müxtəlif neft məhsulları istehsal edir. Zavodun illiknafta istehsalı, demək olar ki, Petkim neft-kimya kompleksininxammal tələbatını tam şəkildə qarşılayır.