AZ

Abşeronda 54 yaşlı kişi öldürüldü

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeronda qətl törədilib.

News24.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb. 

Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
8
news24.az

8Mənbələr