AZ

Abşeronda 54 yaşlı kişi qətlə yetirilib

Abşeronda
Abşeronda qətl törədilib. 1news.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb. Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
6
8
1news.az

8Mənbələr