İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalında bildirilib.
“Qısa müddət əvvəl İsrail ordusu Livanın cənubunda müxtəlif nöqtələrdə Hizbullahın terror infrastrukturlarını və raket buraxıcı qurğularını hədəfə aldı. Terror infrastrukturunun və raket buraxıcı qurğulatın mövcudluğu İsrail və Livan arasında olan razılaşmaların pozulmasıdır. İsrail ordusu İsrail dövlətinə yönəldilmiş istənilən təhdidi aradan qaldırmaq üçün fəaliyyətə davam edəcək”, - İsrail ordusunun bəyanatında qeyd olunub.