İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib.
Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat paylaşılıb.
“Qısa müddət əvvəl İsrail ordusu Livanın cənubunda müxtəlif nöqtələrdə Hizbullahın terror infrastrukturlarını və raket lançerini hədəfə aldı. Terror infrasturkturunun və lançerlərin mövcudluğu İsrail və Livan arasında olan razılaşmaların pozulmasıdır. İsrail ordusu İsrail dövlətinə yönəldilmiş istənilən təhdidi aradan qaldırmaq üçün fəaliyyətə davam edəcək”, - İsrail ordusunun bəyanatında qeyd olunub.