AZ

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb. 

Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, həmçinin Ukrayna ilə Rusiya arasında sülh prosesi müzakirə edilib.

Ərdoğan görüşdə Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini, Türkiyənin müharibəni davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.

Türkiyə lideri Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların davam etməli və gücləndirilməli olduğunu, Türkiyənin sülhə yol açacaq yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu da bəyan edib. 

Görüşdə Ərdoğan Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
15
5
missiya.az

10Mənbələr