AZ

Ərdoğan və Zelenskidən sülh mesajı: “Danışıqlar davam etməlidir”

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.Görüşlə bağlı Rabitə Müdirliyindən verilən açıqlamaya görə, prezident Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiyini, Türkiyənin müharibəni qalıcı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, sülhün bərqərar olmasından sonra Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə yol açacaq yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.Prezident Ərdoğan da görüşdə Ukraynanın müstəqillik günü münasibətilə təbrik edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
15
icma.az

10Mənbələr