Ukrayna Rusiyanın daha iki neft emalı zavodunu vurub. Ukraynanın Baş Qərargahının məlumatına əsasən, Pilotsuz Sistemlər Qüvvələri və Kəşfiyyat Baş İdarəsinin bölmələri Krasnodar diyarında yerləşən Afip neft emalı zavoduna hücum edib. Qeyd edilir k, bu müəssisə işğalçı ordunun benzin və dizellə təmin edilməsində iştirak edir. Hücum nəticəsində obyektin ərazisində genişmiqyaslı yanğın başlayıb.
Həmçinin, Ukraynanın bölmələri Samara vilayətində Kuibişev neft emalı zavoduna da hücum edib. Ukraynanın Baş Qərargahında bildirirlər ki, zavodun ərazisində partlayışlar və yanğınlar müşahidə olunub.
Bundan başqa, Ukraynanın Pilotsuz Sistemlər və Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın sursat anbarlarına və ordunun təchizatında iştirak edən bir neçə logistika obyektinə zərbələr endirib.
TAHİR