AZ

Paşinyan Çinə gedir: xarici liderlərlə görüşəcək - RƏSMİ

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan avqustun 30-dan sentyabrın 3-dək Çində işgüzar səfərdə olacaqlar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirlib.

Səfər çərçivəsində Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ŞƏT+ formatında keçiriləcək sammitində və sammit çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək. Bir sıra yüksək səviyyəli görüşlər, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpin və ÇXR sədrinin müavini Han Zheng ilə təmasları nəzərdə tutulub.

Səfər çərçivəsində Paşinyan xarici ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Seçilən
123
21
modern.az

10Mənbələr