AZ

Paşinyan Uzaq Şərqə gedir | YENİLƏNİB

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib ki, Nikol Paşinyan ikigünlük səfər çərçivəsində yapon həmkarı Şiqeru İşiba ilə görüşəcək.

* * *

11:29
Ermənistanın Baş naziri Nikol Paşinyan sabah həyat yoldaşı ilə birlikdə Çinə səfərə yollanacaq.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətiməlumatyayıb. Bildirilib ki, Nikol Paşinyan beşgünlük səfər çərçivəsində Çin Prezidenti Si Cinpin və vitse-prezident Han Çjenlə görüşəcək. Onun həmçinin bir sıra xarici həmkarı ilə, o cümlədən Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Nikol Paşinyan, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin "ŞƏT+" formatlı iclasında, habelə digər tədbirlərdə iştirakı nəzərdə tutulur.
Paşinyan gələn ay Moskvaya gedəcək

Ermənistanın hökumət başçısının gələn ay Rusiyaya da səfəri gözlənilir.

Firudin Həmidli
AzVision.az
Seçilən
123
21
azvision.az

10Mənbələr