AZ

Pakistanla Ermənistan arasında diplomatik münasibətlər qurulur

Pakistanla

Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın "X" hesabında məlumat verilib.

Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.

"Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq", - o deyib((report).
Seçilən
86
10
reyting.az

10Mənbələr