AZ

Pakistan və Ermənistan razılığa gəldi

  Pakistan və Ermənistan ölkələr arasında diplomatik münasibətlərin qurulması məsələsini nəzərdən keçirməyə razılaşıb.

Referans  xəbər verir ki, bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar X hesabında paylaşım edib.

 
Pakistanlı nazir paylaşımında erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı apardığını qeyd edib.
“Bu gün xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı apardıq və Pakistanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması mümkünlüyünü nəzərdən keçirməyə razılaşdıq”, – o deyib  

Seçilən
24
10
referans.az

10Mənbələr