Türkiyə parlamenti beynəlxalq ictimaiyyəti İsrailin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa, onunla hərbi və ticarət əlaqələrini dayandırmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qəzzadakı vəziyyətlə bağlı növbədənkənar iclasının yekunları üzrə yekdilliklə qəbul edilən qətnaməsində deyilir.
Qətnaməni parlamentin sədri Numan Kurtulmuş imzalayıb.
"Biz İsrail hökuməti soyqırımı siyasətindən əl çəkənə qədər onların BMT və beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa çağırırıq. Biz həmçinin bütün milli parlamentləri İsraillə hərbi və ticarət əlaqələrini dayandırmağa və Fələstinə qarşı embarqonu ləğv etmək üçün dərhal hərəkətə keçməyə çağırırıq", - sənəddə deyilir.