AZ

İsrailin BMT-yə üzvlüyü dayandırılsın - Türkiyədən çağırış

  Türkiyə parlamenti beynəlxalq ictimaiyyəti İsrailin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa, onunla hərbi və ticarət əlaqələrini dayandırmağa çağırıb.

Referans xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qəzzadakı vəziyyətlə bağlı növbədənkənar iclasının yekunları üzrə yekdilliklə qəbul edilən qətnaməsində deyilir.

Qətnaməni parlamentin sədri Numan Kurtulmuş imzalayıb.

"Biz İsrail hökuməti soyqırımı siyasətindən əl çəkənə qədər onların BMT və beynəlxalq təşkilatlara üzvlüyünü dayandırmağa çağırırıq. Biz həmçinin bütün milli parlamentləri İsraillə hərbi və ticarət əlaqələrini dayandırmağa və Fələstinə qarşı embarqonu ləğv etmək üçün dərhal hərəkətə keçməyə çağırırıq", - sənəddə deyilir.

İsrailin Qəzza zolağındakı hərəkətlərinin "soyqırımı cinayəti" kimi səciyyələndirildiyi bəyanatda beynəlxalq ictimaiyyət İsraili Qəzzada daimi atəşkəsi qəbul etməyə, silahlı qüvvələrini bölgədən çıxarmağa və Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə məcbur etmək üçün daha çox iş görməyə çağırılıb.

Qeyd edək ki, avqustun 29-da İsrail Müdafiə Qüvvələrinin Qəzza şəhərinə kütləvi zərbələri fonunda Türkiyə İsraillə ticarəti dayandırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan buna səbəb kimi fələstinlilərin Qəzza zolağından deportasiya edilməsi planını göstərib. Bundan əlavə, türk gəmilərinin İsrail limanlarına girişi qadağan edilib. Türkiyə hava məkanı İsrail təyyarələri üçün bağlanıb./publika.az  

Seçilən
112
6
referans.az

7Mənbələr