ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İlin əvvəlindən Rusiyanın Perm diyarında sərhəddə Azərbaycandan və Özbəkistandan gətirilmiş 216 kq təhlükəli məhsul müsadirə edilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə region üzrə Rosselxoznadzor idarəsinin mətbuat xidməti məlumat verib.
“Müsadirə olunmuş və məhv edilmiş 216,589 kq mənşəyi məlum olmayan heyvandarlıq məhsulu 2025-ci ilin yanvar ayından bəri aşkarlanıb. Mallar Azərbaycandan və Özbəkistandan gətirilib. Həmin malların 62,644 kq ət məhsulu, 114,592 kq süd məhsulu, 37,557 kq arıçılıq məhsulu və 1,796 kq yumurtadır”, — deyə qurumun saytında qeyd olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.