AZ

Azərbaycandan aparılan ət və ət məhsulları məhv edildi

İlin əvvəlindən Rusiyanın Perm diyarında sərhəddə Azərbaycandan və Özbəkistandan gətirilmiş 216 kq təhlükəli məhsul müsadirə edilib.

KONKRET.az lent.az-a istinadən bildirir ki, bu barədə region üzrə Rosselxoznadzor idarəsinin mətbuat xidməti məlumat verib.

“Müsadirə olunmuş və məhv edilmiş 216,589 kq mənşəyi məlum olmayan heyvandarlıq məhsulu 2025-ci ilin yanvar ayından bəri aşkarlanıb. Mallar Azərbaycandan və Özbəkistandan gətirilib. Həmin malların 62,644 kq ət məhsulu, 114,592 kq süd məhsulu, 37,557 kq arıçılıq məhsulu və 1,796 kq yumurtadır”, – deyə qurumun saytında qeyd olunub.

Seçilən
70
6
konkret.az

7Mənbələr