AZ

“Neftçi”dən 1,3 milyon dollar tələb edir - YENİ XƏBƏR

Üç həftə öncə «Neftçi»nin əsas komandasından uzaqlaşdırılan Ramil Şeydayev 2027-ci ilin yayınadək əvəzedici heyətin formasını geyinməyə razıdır.

Samir Abasovun adını iştirak ərizəsinə salmadığı hücumçu müqavilə müddəti bitinədək «dubl»da çıxış etməyə hazırdır.

2024-cü ilin yayında «Kocaelispor»dan dəvət olunan və 3 illik müqaviləyə imza atan 29 yaşlı forvardın bir fikri var - pulunu son qəpiyinədək almaq.

O, kontraktı qarşılıqlı razılıq əsasında pozmaq üçün «ağ-qaralar»dan1,3 milyon dollar tələb edir.

Vaxtilə «Qarabağ» və «Sabah»ın şərəfini qorumuş Şeydayev maddi şərtlər konteksində heç bir güzəştə getmək niyyətində deyil. Bu səbəbdən bütün təklifləri geri çevirib.

SPORTİNFO.AZ

Seçilən
102
49
sportinfo.az

10Mənbələr