"Neftçi"nin U-12 komandası Özbəkistanda keçiriləcək futbol üzrə beynəlxalq turnirə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, bakılılar Qubada keçirilmiş II "Ulduz Cup" yarışının qalibi olduqdan sonra Özbəkistana dəvət edilib.
Beynəlxalq turnir oktaybrda Daşkənddə təşkil olunacaq.