Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Premyer Liqasının III turunda "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib.
"Report" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Qismət Alıyev (13-cü dəqiqə), İssa Cibrila (32-ci dəqiqə), Junior Martins (37-ci dəqiqə), Yeqor Boqomolski (71-ci dəqiqə) və Davit Volkov (83-cü dəqiqə) fərqlənib.
Qeyd edək ki, III turun daha əvvəl baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qonaqlar qələbəyə sevinib - 0:1. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib. Tura avqustun 31-də yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.