AZ

“Zirə” “Kəpəz”i darmadağın etdi

Azərbaycan Premyer Liqasının III turunda "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib.

Publika.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komandada Qismət Alıyev (13-cü dəqiqə), İssa Cibrila (32-ci dəqiqə), Junior Martins (37-ci dəqiqə), Yeqor Boqomolski (71-ci dəqiqə) və Davit Volkov (83-cü dəqiqə) fərqlənib.

Seçilən
93
5
publika.az

8Mənbələr